Ümumi təhsil pilləsi üzrə təhsil müəssisələrində payız tətilinin vaxtı dəyişib
Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən ümumi təhsil pilləsi üzrə təhsil müəssisələrində (xüsusi təhsil müəssisələri istisna olmaqla) payız tətilinin vaxtı dəyişib.
APA xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçiriləcəyi dövrdə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” qərarında əksini tapıb.
Qərara əsasən, ümumi təhsil pilləsi üzrə -2024-cü il noyabrın 12-dən 22-dək payız tətili olacaq.
Əvvəl bu müddət noyabrın 16-dan 20-dək idi.
Oxşar xəbərlər
COP29-la əlaqədar şagirdlər payız tətilinə buraxılacaq, Bakı, Sumqayıt və Abşeronda tələbələr distant təhsil alacaq
COP29-la əlaqədar Bakı, Sumqayıt və Abşeronda peşə, orta ixtisas və ali təhsil pillələrində təhsil distant olacaq
Məktəbəhazırlıq qruplarında üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinə sərbəst qəbul başlayır
“Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinə start verilir
COP29 Təşkilat Komitəsinin tərkibindəki QHT-lərlə və ekspertlərlə görüş keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













