“Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinə start verilir
sizinxeber.az xəbər saytı

“Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinə start verilir


Bu gün Elm və Təhsil Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatları üçün “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsi elan edilir.


Bu barədə Sizinxeber.az-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qrant müsabiqəsinin məqsədi dövlət qeydiyyatına alınmış və təhsil sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarını təhsildə könüllü fəaliyyətin təşkilinə cəlb etməkdir.

Müsabiqənin prioritet mövzuları “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində təhsilə ictimai dəstək, Qərbi Azərbaycana qayıdışla bağlı maarifləndirmə, türk dövlətlərinin təhsil ictimaiyyəti arasında inteqrasiyanın gücləndirilməsi, təhsil müəssisələrində yaşıl dünyanın təşviqi, uşaqların təhsil və təhlükəsizlik hüquqlarının təmin edilməsinə dəstək, peşə təhsilinin təşviqi, elm və təhsil islahatları ilə bağlı ictimaiyyətin maarifləndirilməsidir.

Qrant müsabiqəsində iştirak üçün sənədlərin qəbulu [email protected] elektron poçt ünvanı vasitəsilə aparılır. Sənəd qəbulu üçün son müraciət tarixi 16 avqust 2024-cü ildir.

Müsabiqə ilə bağlı ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz. “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsi

Oxşar xəbərlər

“Fövqəladə hallar könüllüləri” proqramı üçün seçilənlər təlimlərə cəlb edilib
Müəllimlərdən dərs saatlarına görə rüşvət alan direktor işdən çıxarılıb
Emin Əmrullayev əmək fəaliyyətinə başlayan “Maarifçi”lərlə görüşüb
Prezident İlham Əliyev: Türk dünyasının birləşməsi TDT-nin hər bir üzvünü gücləndirəcək
Azərbaycan, Türkiyə, Gürcüstan müdafiə nazirlərinin görüşü keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər