Sentyabrda müəllimlərin sertifikatlaşdırması prosesinin müsahibə mərhələsinə start veriləcək
Sentyabrın əvvəlində etibarən müəllimlərin sertifikatlaşdırması prosesinin müsahibə mərhələsinə start veriləcək.
Sizinxeber.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərə müsahibəsində deyib.
O bildirib ki, ötən il və bu ilki sertifikasiya prosesinin nəticələrinə əsasən, differensial əmək haqqına keçid edən müəllimlərin sayının 55 min nəfərə çatması proqnozlaşdırılır:
"Ötən il müsahibə mərhələsində iştirak edən müəllimlərin müsahibəni tamamlama nisbəti 99 faizdir. İyunun 10-dan etibarən işdən azad olunmuş müəllimlərlə bağlı regional təhsil idarələrində komissiyalar fəaliyyətə başlayıb. 3 700-dən çox müəllim komissiyalarda qəbul edilib. Onların arasında həssas təbəqədən olan 400-ə yaxın müəllimin tədrisdən kənar alternativ işlərlə təminatı istiqamətində işlər aparılır".
Oxşar xəbərlər
Agentlik: İşdən çıxarılan hər müəllimlərin yerinə işə götürülən olmayacaq, fənn müəllimlərinin dərs saatları artırılacaq
Agentlik: İşdən çıxarılan müəllimlərin yerinə işə götürülən olmayacaq, fənn müəllimlərinin dərs saatları artırılacaq
MÜTDA: 90 sosial həssas kateqoriyadan olan müəllim alternativ işlə təmin edilib
Müəllimlərdən dərs saatlarına görə rüşvət alan direktor işdən çıxarılıb
Məktəbəhazırlıq qruplarında üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinə sərbəst qəbul başlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













