MİQ üzrə müsahibənin ilk günündə 872 müəllim dəvət olunub
sizinxeber.az xəbər saytı

MİQ üzrə müsahibənin ilk günündə 872 müəllim dəvət olunub


Avqustun 20-də rus dili və ədəbiyyatı, ingilis dili, alman dili, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, biologiya, fizika və coğrafiya fənləri üzrə müəllimlərin işə qəbulu (MİQ) ilə bağlı müsahibələr təşkil olunub.

Bu barədə "Report"a Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib.

Bildirilib ki, müsahibələrin ilk gününə 872 nəfər dəvət olunub.

Xatırladaq ki, namizədlər şəxsi səhifələrində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.

Oxşar xəbərlər

MİQ üzrə müsahibə mərhələsinə start verilib
MİQ üzrə müsabiqənin müsahibə mərhələsi başlayıb
Bu gündən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır
MİQ üzrə müsabiqənin müsahibə mərhələsi açıqlanıb
Gələn həftədən MİQ üzrə müsabiqənin müsahibə mərhələsi başlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər