Nurlan İsmayılbəyli: 400-ə yaxın müəllimin tədrisdənkənar alternativ işlərlə təmin olunması prosesi gedir
sizinxeber.az xəbər saytı

Nurlan İsmayılbəyli: 400-ə yaxın müəllimin tədrisdənkənar alternativ işlərlə təmin olunması prosesi gedir


400-ə yaxın müəllimin tədrisdənkənar alternativ işlərlə təmin olunması prosesi gedir.

"Sizinxeber.az" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərə açıqlamasında deyib.

N.İsmayılbəyli bildirib ki, işdən azad olunmuş müəllimlərlə əlaqədar komissiyalar yaradılıb və onların həssaslığı nəzərə alınaraq, alternativ işlərlə təmin edilməsi üçün çalışmalar davam etdirilir:

"Həssas təbəqədən olan müəllimlərin sertifikasiya müsabiqəsindən keçməməsinə və işdən uzaqlaşdırılmasına baxmayaraq, onların sosial həssaslığı araşdırılır. Bu hal təsdiqlənərsə, həmin müəllimlər müxtəlif işlərlə təmin olunacaq".

O bildirib ki, bu sıraya məktəblər təhsil müəssisələrindəki vakansiyalar, sosial pedaqoq, nizam-intizam prossesinin təşkili və sair işlər daxildir.

Oxşar xəbərlər

Sertifikasiya nəticəsində 4 300-dən çox müəllimin müqaviləsinə xitam verilib
MÜTDA: 90 sosial həssas kateqoriyadan olan müəllim alternativ işlə təmin edilib
İyulun əvvəlində MİQ imtahanları keçiriləcək - RƏSMİ
Azərbaycanda yüksək maaş alan müəllimlərin sayı açıqlanıb - MƏBLƏĞ
Agentlik: İşdən çıxarılan müəllimlərin yerinə işə götürülən olmayacaq, fənn müəllimlərinin dərs saatları artırılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər