İyulun əvvəlində MİQ imtahanları keçiriləcək - RƏSMİ
sizinxeber.az xəbər saytı

İyulun əvvəlində MİQ imtahanları keçiriləcək - RƏSMİ


Müəllimlərin işə qəbulu (MİQ) üzrə elektron ərizələrin qəbulu və emalı artıq bir neçə günə başa çatacaq.

Bunu "Sizinxeber.az"a açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.

O vurğulayıb ki, növbəti həftə ərzində namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola biləcəklər: "İyul ayının ilk yarısında imtahanların keçirilməsi nəzərdə tutulur".

Şöbə müdiri vakant yerlərlə bağlı məsələyə də toxunub: "Təkrar sertifikatlaşdırılma imtahanından sonra işdən azad edilən müəllimlər olub. Eyni zamanda yeni tədris ilindən yeni fəaliyyətə başlayacaq məktəblər və siniflərlə bağlı hazırda tədqiqat aparılır. Müvafiq proqram təminatına artıq vakant yerlərin daxil edilməsi prosesinə başlanılıb. Test mərhələsi başa çatandan sonra vakant yerlər müəllimlərə təqdim olunacaq".

Oxşar xəbərlər

Psixoloji-tibbi-pedaqoji komissiyaların yeni tərkibinin formalaşdırılması ilə bağlı müsabiqəyə sənəd qəbulu aparılır
Bağça müəllimlərinin işə qəbulu üzrə müsabiqənin test imtahanı keçirilir
DSX-nin Xüsusi Məktəbinin V sinfinə şagird qəbulu elan edilib
Birinci siniflərə və məktəbəhazırlıq qruplarına uşaqların qəbulu yekunlaşıb
Mikayıl Cabbarovun qoluna nə olub?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər