Bakıda 10 məktəbdə tikinti və təmir işləri aparılır
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 10 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən məlumata görə, paytaxtdakı 313 nömrəli tam orta məktəb üçün əlavə korpusun tikintisi, əsas korpusun əsaslı təmiri, 57, 68, 141, 151 nömrəli məktəblərin sökülərək yenidən inşası, 59 və 324 nömrəli məktəblərin, 328 nömrəli uşaq bağçasının, Eşitmə qabiliyyəti pozulmuş uşaqların Respublika ixtisaslaşdırılmış körpələr evi-uşaq bağçasının, həmçinin “Şahin Abbasov” adına körpələr evi-uşaq bağçasının əsaslı təmiri davam edir.
Eyni zamanda ehtiyac olan 100-ə yaxın təhsil müəssisəsində cari təmir və mühəndis-kommunikasiya işləri həyata keçirilir.
Qeyd edək ki, Azərbaycanda infrastrukturun inkişafına və təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına xidmət edən dövlət siyasəti nəticəsində təhsil müəssisələrinin mütləq əksəriyyəti müasir tələblər səviyyəsində yenidən qurulub.
Paytaxtdakı təhsil müəssisələrində aparılan tikinti və təmir-bərpa işlərinin tezliklə yekunlaşdırılması nəzərdə tutulur.
Oxşar xəbərlər
Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub - YENİLƏNİB
Qumlaq kənd orta məktəbinin qəzalı vəziyyətdə olması ilə bağlı şikayətlərə aydınlıq gətirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
KİV: İran ABŞ-nin hərbi obyektlərini vurdu
-
Şuşada "Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu" müzakirə edilib
-
Çində Kainatı öyrənmək üçün Ayı alətə çevirməyin yolunu tapıblar
-
ABŞ Hörmüzə nəzarəti ələ keçirə bilsə... - Savaşın əsl səbəbi
-
"TuranBank" biznesin maliyyələşdirilməsi məqsədilə beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib
-
Bu ölkə Azərbaycan vətəndaşlarını deport etdi
