Beynəlxalq sertifikatlı ixtisaslar üzrə peşə təhsilinə tələbə qəbulu başlayıb
Əmək bazarının müasir tələblərinə uyğun kadr hazırlığının təmin edilməsi məqsədilə peşə təhsili sistemində yeni təhsil proqramları həyata keçirilir.
Bu barədə Sizinxeber.az-ya Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bu proqramlar beynəlxalq standartlara əsaslanan müasir tədris yanaşmaları, real iş mühiti təcrübəsi və güclü karyera dəstəyi ilə fərqlənir.
Hazırda qrafik dizayner, veb dizayner və proqram təminatçısı, informasiya texnologiyaları üzrə texniki dəstək mütəxəssisi, aşpaz, beynəlxalq mühasibat uçotu ixtisasları üzrə tələbə qəbulu davam edir. Təqdim olunan proqramlar çərçivəsində tələbələr dövlət nümunəli diplomla yanaşı, beynəlxalq səviyyədə tanınan sertifikatlara sahib olmaq imkanı əldə edəcəklər.
Xüsusilə, beynəlxalq mühasibat uçotu ixtisasını seçən tələbələr ACCA (Association of Chartered Certified Accountants) təşkilatının F1, F2 və F3 sertifikatlarını qazanaraq maliyyə və mühasibatlıq sahəsində qlobal karyera imkanlarına yiyələnə biləcəklər. Aşpazlıq ixtisası üzrə təhsil alanlar isə City & Guilds (Səviyyə 1, səviyyə 2) beynəlxalq sertifikatı əldə edərək dünya səviyyəsində tanınan peşəkar aşpaz kimi fəaliyyət göstərə biləcəklər. Eyni zamanda, informasiya texnologiyaları və dizayn sahələrində də beynəlxalq sertifikatlar məzunların əmək bazarında rəqabət üstünlüyünü təmin edəcək.
Bu proqramlar müasir tədris metodlarının tətbiqi, praktiki bacarıqların formalaşdırılması, əmək bazarında yüksək maaşlı işlərə çıxış perspektivləri ilə seçilir. Həmçinin, proqramlara qoşulan tələbələr Təhsil Tələbə Krediti imkanından da yararlana biləcəklər.
Qeydiyyat prosesi davam edir və gələcəyini müasir peşələrdə qurmaq istəyən şəxslər portal.edu.az platformasında qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərməlidirlər. Son müraciət tarixi 11 avqust 18:00-dır.
Oxşar xəbərlər
Peşə təhsil müəssisələrinə 24 mindən çox tələbə qəbul olub
Peşə təhsili üzrə 179 dərslik, 62 yeni proqram hazırlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şuşada "Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu" müzakirə edilib
-
Çində Kainatı öyrənmək üçün Ayı alətə çevirməyin yolunu tapıblar
-
ABŞ Hörmüzə nəzarəti ələ keçirə bilsə... - Savaşın əsl səbəbi
-
"TuranBank" biznesin maliyyələşdirilməsi məqsədilə beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib
-
Bu ölkə Azərbaycan vətəndaşlarını deport etdi
-
Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - TAM MƏTN
