Peşə təhsili üzrə 179 dərslik, 62 yeni proqram hazırlanıb
Təhsil proqramlarının və dərsliklərin hazırlanmasının əmək bazarının tələblərinə uyğun olması vacibdir.
Sizinxeber.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov brifinqdə çıxışında deyib.
"62 yeni təhsil proqramı hazırlamışıq. Bu prosesdə işəgötürən nümayəndələr də iştirak edib. Həmçinin 179 dərslik hazırlamışıq. Həm də beynəlxalq təşkilatların dərsliklərinin Azərbaycan dilinə tərcüməsinə başlamışıq", - o deyib.
Ceyhun Kərəmov qeyd edib ki, peşə təhsili üzrə yeni təhsil islahatı hazırlanır. O bildirib ki, bu islahatın həyata keçirilməsi ilə artıq bir sıra yeni ixtisaslar üzrə qəbullar aparılacaq, bəziləri isə tələbat olmadığına görə tamamilə qəbuldan çıxarılacaq.
Oxşar xəbərlər
Ceyhun Kərəmov: “Bu gün 50%-ə yaxın təhsil müəssisələrimizdə məcburi köçkün ailələri yaşayırlar”
"Tikinti sektoru üzrə peşə təhsilində dövlət-özəl əməkdaşlığının rolu" mövzusunda müzakirə keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Günəşdə güclü partlayış oldu
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
