TKTA: Qismən akademik tanınma ilə bağlı 21 nəfərin müraciətinə imtina verilib
sizinxeber.az xəbər saytı

TKTA: Qismən akademik tanınma ilə bağlı 21 nəfərin müraciətinə imtina verilib


Azərbaycanın ali təhsil müəssisələrinə köçürülmək üçün müraciət etmək hüququ verən qismən akademikk tanınma ilə bağlı 21 nəfərin müraciətinə imtina verilib.

Bu barədə "Report"a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.

Bildirilib ki, xaricdə natamam ali təhsil alan şəxslərə şəhadətnamə əldə etmək məqsədilə müəyyən olunmuş 5 iyun-9 iyulda 192 nəfər şəxsin müraciəti qeydə alınıb. Həmin müraciətlərdən 171-i barədə müsbət qərar verilərək, qazanılmış Avropa Kredit Transferi və Toplanması Sistemi (AKTTS) sayının qeyd olunduğu müvafiq şəhadətnamələr təqdim edilib, 6 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb və 15 nəfərin sənədləri isə sənəd çatışmazlığına görə geri qaytarılıb.

Məlumata görə, mənfi qərarla yekunlaşan müraciətlərə nümunə olaraq 2 fakt üzrə dövlət nümunəli olmayan transkript (saxta transkript), 2 fakt üzrə tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olması, 1 fakt üzrə dövlət nümunəli olmayan transkript (saxta transkript) və saxta apostil, 1 fakt üzrə isə dövlət nümunəli olmayan transkript (saxta transkript) və tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olması təsbit edilib.

Oxşar xəbərlər

Ötən ay xaricdə təhsil almış 82 nəfərin diplomu tanınmayıb
Ötən ay 51 nəfərin diplomu tanınmayıb
Ötən ay xaricdə təhsil almış 52 nəfərin diplomu tanınmayıb
Ötən ay xaricdə təhsil almış neçə nəfərin diplomu tanınmayıb?
Ötən ay xaricdə təhsil almış 69 nəfərin diplomu tanınmayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle