202 nömrəli körpələr evi-uşaq bağçasında monitorinq aparılıb, nöqsanlar aşkarlanıb
sizinxeber.az xəbər saytı

202 nömrəli körpələr evi-uşaq bağçasında monitorinq aparılıb, nöqsanlar aşkarlanıb


202 nömrəli körpələr evi-uşaq bağçasında Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən monitorinq aparılıb.

Bu barədə Sizinxeber.az-nın sorğusuna cavab olaraq BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, monitorinq zamanı müəssisədə bir sıra ciddi nöqsanlar aşkar edilib.

Müəyyən edilmiş nöqsanlara əsasən bağça müdirinin fəaliyyəti ilə bağlı qanunauyğun tədbirlərin görülməsi nəzərdə tutulur.

Qeyd edək ki, 202 saylı bağçadan narazı olan müəllimlərin tele-kanallardan birinə verdikləri müsahibədən sonra 2 əməkdaşın, 1 texniki işçisinin bağçaya buraxılmadığı ilə bağlı sosial şəbəkədə məlumat paylaşılıb.

Oxşar xəbərlər

Ombudsman: 3 saylı uşaq evində monitorinq aparılıb, dövlət qurumları qarşısında məsələ qaldırılıb
Bakıda uşağa fiziki təzyiq göstərən bağçanın tərbiyəçi müəllimi və dayə işdən çıxarılıb
BŞTİ: Uşaq bağçasında kommunal problemlərə dair iddialar araşdırılıb
Kolleclərdə monitorinq keçirilib, nöqsanlar aşkarlanıb
Prezident Ağdam şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasında aparılan tikinti işləri ilə tanış olub - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər