Havaya normadan artıq tullantı atan obyektlər cərimələnib
sizinxeber.az xəbər saytı

Havaya normadan artıq tullantı atan obyektlər cərimələnib


Havaya normadan artıq tullantı atan ictimai-iaşə obyektləri cərimələnib.

Bu barədə "Sizinxeber.az"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat verib.

O bildirib ki, Bakı şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən  monitorinqlər zamanı “Ağ Saray”, “Baku Palace”, “Verona”, “Sevgi Hall”, “Lüks Plaza” şadlıq sarayları və “Əlincə”, “Mor-Mor”, “Qaymaq”, “Ocaq” restoranlarının havaya normadan artıq tullantı atdığı müəyyən edilib.

İ.İbrahimova qeyd edib ki, faktlarla bağlı sözügedən obyektlərin məsul şəxsləri barəsində protokol tərtib olunub və  hər birinin 2500 manat məbləğində cərimə olunması ilə bağlı  qanunamüvafiq tədbirlər görülür.

Oxşar xəbərlər

Havaya normadan artıq tullantı atan restoranlar cərimələnib
İctimai iaşə obyektlərində növbəti monitorinqlər keçiriləcək
Havaya atılan tullantılarla bağlı ictimai-iaşə obyektlərində monitorinqlər aparılır
Xəzərə tullantı su axıdan qurumun 12 min 500 manat cərimələnməsi üçün məhkəməyə müraciət edilib
Sabunçuda havaya tüstü buraxan zavodun rəhbəri barəsində protokol tərtib edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər