Azərbaycanın əksər rayonlarında hava yağıntılı keçib, şimşək çaxıb - FAKTİKİ HAVA
Azərbaycanın əksər rayonlarında aprelin 25-i gün ərzində hava şəraiti yağıntılı və küləkli keçib, arabir şimşək çaxıb.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin aprelin 26-sı saat 12:00-a olan məlumatında qeyd olunub.
Bildirilib ki, düşən yağıntının miqdarı Qaxda 6, Gədəbəydə 5, Şahbuz, Daşkəsən və Şəkidə 3, Kəlbəcər, Sədərək və Balakəndə 2, Naxçıvan, Naftalan, Qəbələ, Xınalıq, Zaqatala, Qrız, Mingəçevir, Göygöl, Gəncə, Goranboy, Şəmkir, Tərtər və Yevlaxda 1 mm-dək olub.
Qərb küləyi əsib, küləyin maksimal sürəti Göyçayda 22, Mingəçevirdə 18, Naxçıvanda 16, Şərurda 15 m/s-dək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-də 32, Aran rayonlarında 27, dağlıq rayonlarda isə 18 dərəcəyədək isti qeydə alınıb.
Oxşar xəbərlər
Əksər bölgələrdə küləkli və yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA
Bakıda külək əsir, bölgələrdə yağış, qar yağır - YENİLƏNİB - FAKTİKİ HAVA
Bəzi yerlərdə küləkli və yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA
Ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti davam edib - FAKTİKİ HAVA
Bəzi rayonlarda yağış yağıb, şimşək çaxıb, güclü külək əsib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













