Sabah Yer Günü ilə bağlı festival keçiriləcək
Sabah Bakının Xətai rayonu, “Gənclik” parkında “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək.
"Sizinxeber.az" xəbər verir ki, festival Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Xətai Rayon İcra Hakimiyyətinin və tərəfdaş qurumların dəstəyi ilə baş tutacaq.
Yer Günü münasibətilə təşkil olunan festivalın əsas məqsədi ictimaiyyətin ekoloji problemlər barədə məlumatlılığını artırmaq, ətraf mühitin mühafizəsinə töhfə vermək və əhali arasında təkrar emal vərdişlərini təşviq etməkdir.
Tədbir çərçivəsində vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka və ya banka, yaxud 10 ədəd işlənmiş batareya təhvil verərək müxtəlif hədiyyələr əldə edə biləcəklər.
Festivalda həmçinin maarifləndirici master-klaslar təşkil olunacaq. İştirakçılar tullantıların düzgün çeşidlənməsi, təkrar emal prosesi və ətraf mühitin qorunması ilə bağlı faydalı məlumatlar əldə edəcək, ekoloji məsuliyyətin artırılmasına yönəlik tədbirlərdə yaxından iştirak edə biləcəklər.
Qeyd edək ki, Yer Günü hər il 22 aprel tarixində dünyanın müxtəlif ölkələrində qeyd olunur və bu günün əsas məqsədi ekoloji maarifləndirməni gücləndirmək, həmçinin təbiətin mühafizəsinə diqqəti artırmaqdır.
Oxşar xəbərlər
Xətai rayonunda “Tullantıları hədiyyələrə dəyiş” festivalı baş tutub
Bakıda dəmir yollarının təhkim zolaqları tullantılardan təmizlənib
Azərbaycanda II Sığorta Festivalı keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
Ankarada terrorla mübarizə çərçivəsində 209 nəfər saxlanılıb
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
