Hava yağmursuz keçib, bəzi yerlərdə duman müşahidə olunur - FAKTİKİ HAVA
sizinxeber.az xəbər saytı

Hava yağmursuz keçib, bəzi yerlərdə duman müşahidə olunur - FAKTİKİ HAVA


Azərbaycanda hava yağmursuz keçib, bəzi yerlərdə duman müşahidə olunur.

Bu barədə "Sizinxeber.az"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Bildirilib ki, aprelin 5-i saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Bəzi rayonlarda qərb küləyi əsib, küləyin sürəti arabir Gəncədə 18 m/s, Sabirabadda 16 m/s, Şəki və Zaqatalada 15 m/s, Mingəçevirdə 14 m/s-yə çatıb.

Abşeron yarımadasının bəzi yerlərində eyni zamanda, Naftalan, Şamaxı, Sabirabad, Kürdəmir, Cəfərxan, Yevlax, Neftçala, Biləsuvar, Altıağac, Qrız və Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 19, Aran rayonlarında o cümlədən, Naxçıvan MR-da 25, dağlıq rayonlarda isə 15 dərəcəyədək isti qeydə alınıb.

Oxşar xəbərlər

Hava əsasən yağmursuz keçib - FAKTİKİ HAVA
Qax, Şəki, Xınalıq, Qusar, Qrız və Şahdağda qar yağır - FAKTİKİ HAVA- YENİLƏNİB
Bəzi rayonlara yağış və qar yağıb, güclü külək əsib - FAKTİKİ HAVA
Bakıda külək güclənib, bəzi rayonlarda qar yağıb - FAKTİKİ HAVA
Bəzi rayonlara yağış, Altıağacda isə qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər