ETSN-də kollegiya iclası keçirilib, yeni fəaliyyət planlarının icrası ilə bağlı tapşırıqlar verilib
sizinxeber.az xəbər saytı

ETSN-də kollegiya iclası keçirilib, yeni fəaliyyət planlarının icrası ilə bağlı tapşırıqlar verilib


Ekologiya və Təbii Sərvətlər Nazirliyində 2024-cü ilin yekunlarına və 2025-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

Bu barədə "Sizinxeber.az"a Nazirlikdən məlumat verilib.

Bildirilib ki, iclasda Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş sosial-iqtisadi inkişaf siyasətinə uyğun olaraq həyata keçirilən tədbirlər, qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində görülən işlər barədə hesabat verilib, yeni il üçün prioritetlər müəyyənləşdirilib.

Naxçıvanın ekologiya və təbii sərvətlər nazirinin, həmçinin Nazirliyin struktur bölmələri və tabeli qurumlarının rəhbərlərinin “Yaşıl dünya naminə həmrəylik ili”ndə həyata keçirilən tədbirlər, ilin yekunları, rəqəmsal transformasiya sahəsində görülmüş işlər, ölkə ərazisində hidrometeoroloji şəbəkənin modernləşdirilməsi vəziyyəti, aparılan meşəbərpa tədbirləri, sürüşmə sahələrində ekzogen geoloji proseslərin inkişaf dinamikası və eyni zamanda digər sahələr üzrə hesabatları dinlənilib.

2025-ci ildə ölkədə keçirilməsi planlaşdırılan beynəlxalq və yerli tədbirlərə hazırlıqla bağlı müzakirələr aparılıb.

Yekunda Nazirliyin struktur bölmələrinin və tabeli qurumların rəhbərlərinə yeni fəaliyyət planlarının icrası ilə bağlı konkret tapşırıqlar verilib.

Oxşar xəbərlər

Vüsal Şıxəliyev: "Elektrik şəbəkəsinə qoşulmadakı islahatlar beynəlxalq reytinqləri yaxşılaşdırıb"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər