Küləyin sürəti artıb, bəzi rayonlarda şaxta qeydə alınıb - FAKTİKİ HAVA » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
05 
yan
2025
13:00

Küləyin sürəti artıb, bəzi rayonlarda şaxta qeydə alınıb - FAKTİKİ HAVA

05 yan, 2025
13:00
816

Küləyin sürəti artıb, bəzi rayonlarda şaxta qeydə alınıb - FAKTİKİ HAVA

Yanvarın 5-i saat 12:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Milli Hidrometeorologiya Xidmətindən "Sizinxeber.az"a verilən məlumata görə, Binə, Çilov adası, Hacıqabul, Neftçalada duman müşahidə olunub.

Narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi arabir Daşkəsəndə 23 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Oğuzda 20 m/s, Naftalan, Qobustan, Lerikdə 18 m/s, Şəkidə 15 m/s-dək güclənib.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 9 dərəcəyədək isti, Naxçıvan MR-da 10, dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb.

Bizimlə əlaqə saxlayın