Muxtar Babayev: Azərbaycan növbəti töhfələr sənədi üzərində işləyir
Bakıda bu gün keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransında (Pre-COP29) aparılan müzakirələr COP29-un uğurlu başa çatmasına şərait yaradacaq.
"Sizinxeber.az" xəbər verir ki, bunu COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev "Ambisiyanı gücləndirilməsi və fəaliyyətə imkan verilməsi" adlı BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransında (Pre-Cop29) çıxışı zamanı deyib.
Nazir COP29 çərçivəsində qarşıya qoyulan məqsədlərə nail olunacağına inandığını bildirib: "Qarşıya yeni məqsədlər qoymuşuq və Azərbaycan növbəti töhfələr sənədi üzərində işləyir".
M.Babayev xatırladıb ki, COP29 prezidentliyinə nazirlər səviyyəsində əlaqələndirici şəxslər təyin edilməsi ölkələr arasında dialoqu sürətləndirməyə və boşluqları aradan qaldırmağa imkan verəcək.
Oxşar xəbərlər
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı başlayıb
Muxtar Babayev Quterreşin müşaviri ilə COP29 üzrə ortaq məqsədləri müzakirə edib
Prezident İlham Əliyev Pre-COP29-un iştirakçılarına müraciət ünvanlayıb
Muxtar Babayev Parlamentlərarası İttifaqın Baş katibi ilə COP29 ətrafında müzakirələr aparıb
Muxtar Babayev Beynəlxalq Parlamentarilər Konqresinin baş katibi ilə COP29-a hazırlığı müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"












