Bakıda külək əsəcək, bəzi rayonlarda yağış və qar yağacaq
sizinxeber.az xəbər saytı

Bakıda külək əsəcək, bəzi rayonlarda yağış və qar yağacaq


Sentyabrın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək.

Milli Hidrometeorologiya Xidmətindən "Sizinxeber.az"a verilən xəbərə görə, şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 18-22° isti, gündüz 26-29° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-19° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacaq.

Oxşar xəbərlər

Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək
Sabah Bakıda yağış yağacaq, şimşək çaxacaq
Sabah rayonlara leysan yağacaq, dolu düşəcək
Sabaha olan hava proqnozu açıqlanıb
Sabah Bakıda 36, bölgələrdə 38 dərəcə isti olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle