Azərbaycan iyunda Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək
Azərbaycan 2026-cı ilin iyun ayında Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək.
"Report"un Qazaxıstan bürosunun məlumatına görə, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Astanada keçirilən "RES2026" regional ekoloji sammitində çıxışı zamanı bildirib.
Baş nazirin sözlərinə görə, bu, qlobal dayanıqlı inkişaf gündəliyinə əlavə təkan verəcək.
"COP29-un uğurla keçirilməsi təcrübəsinə əsaslanaraq, Azərbaycan cari ilin may ayında BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə əməkdaşlıq çərçivəsində keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etməyə hazırlaşır. Bundan başqa, iyun ayında Azərbaycan 2026-cı il Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək", - Ə.Əsədov qeyd edib.
O vurğulayıb ki, Bakı şəhərsalma və ekologiya sahəsində beynəlxalq səylərin birləşdirilməsi, həmçinin qlobal dayanıqlı inkişaf gündəliyinin irəliləməsi üçün bu platformalardan istifadə etmək niyyətindədir.
Baş nazir birgə səylərin daha da gücləndirilməsinin və transsərhəd ekoloji məsələlərin həllində uzlaşdırılmış yanaşmanın təmin edilməsinin vacibliyini vurğulayıb. "Azərbaycan beynəlxalq əməkdaşlıq prinsiplərinə sadiq qalır və ümumi məqsədlərə nail olunmasına fəal şəkildə töhfə verməyə hazırdır", - o əlavə edib.
Oxşar xəbərlər
Anar Quliyev: "Bakıda baş tutacaq Ümumdünya Şəhərsalma Forumu qlobal dialoq üçün platformalardan biri olacaq"
Ümumdünya Ətraf Mühit Günü Samur-Yalama Milli Parkında qeyd olunub
Əli Əsədov: Ekologiyanın qorunması Azərbaycanın dayanıqlı inkişaf gündəliyinin ayrılmaz hissəsidir
Azərbaycan dünya ölkələrini gələn il Bakıda keçiriləcək "Ümumdünya Ətraf Mühit Günü"nə dəvət edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
