Ağcabədidə Kür çayı bəndi yarıb
sizinxeber.az xəbər saytı

Ağcabədidə Kür çayı bəndi yarıb


Ağcabədi rayonunda Kür çayı bəndi yarıb.

"Sizinxeber.az"un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, hadisə Kür çayının rayonun Nəcəfqulubəyli kəndi ərazisindən Qarqarçayla qovuşduğu yerdə qeydə alınıb.

Buna səbəb bir neçə gündür yağan aramsız yağışlardan sonra Kür çayında suyun səviyyəsinin normadan çox artması olub.

Hadisə ilə bağlı dərhal aidiyyəti qurumlara məlumat verilib.

Hazırda ərazidə vəziyyət nəzarətə götürülüb.

Oxşar xəbərlər

Dövlət Xidməti: Kür çayının mənsəb hissəsində su sərfi 2 dəfəyə qədər artacaq
Bəzi çaylarda suyun səviyyəsi artıb
Ağcabədidə 17 yaşlı oğlan kanalda batıb
Bərdədə 15 yaşlı oğlan Tərtər çayında boğulub
ADSEA: Kür çayında suyun səviyyəsi yüksəlib, lakin daşqın təhlükəsi yoxdur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər