Kürün Salyandan keçən hissəsində suyun səviyyəsi 4 metrdən çox aşağı düşüb
sizinxeber.az xəbər saytı

Kürün Salyandan keçən hissəsində suyun səviyyəsi 4 metrdən çox aşağı düşüb


Son iki ayda Kürün Salyan rayonu ərazisindən keçən hissəsində çayda suyun səviyyəsi 4 metrdən çox aşağı düşüb.

“Sizinxeber.az”un Aran bürosunun məlumatına görə, son günlər havaların quraq keçməsi Kür çayına da ciddi təsir göstərib.

Çayın rayon ərazisindən keçən hissəsində suyun səviyyəsi sürətlə azalır. Son iki ayda isə Kürdə suyun səviyyəsi 4 metrdən çox aşağı düşüb.

Vəziyyətdən çıxmaq üçün bəzi nasoslara əlavə borular quraşdırılır, su çıxmayan nasos stansiyalarının qarşısı qazılaraq dərinləşdirilsədə çayda suyun səviyyəsi aşağı olduğundan nasoslar tam gücü ilə işləyə bilmir.

Mütəxəssislər hesab edir ki, çayda suyun azalması prosesi avqust ayınadək davam edəcəyi gözlənilir.

Oxşar xəbərlər

Kürdə suyun səviyyəsi 9 sm qalxıb
Oxçuçayda suyun səviyyəsi 12 sm artıb
Kürün səviyyəsi 14 sm artıb
Budapeştdə 11 il ərzində ən böyük daşqının pik nöqtəsi gözlənilir
Kür çayında suyun səviyyəsi artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər