FHN qar uçqunu təhlükəsi ilə əlaqədar xəbərdarlıq edib
sizinxeber.az xəbər saytı

FHN qar uçqunu təhlükəsi ilə əlaqədar xəbərdarlıq edib


Qar uçqunu təhlükəsi ilə əlaqədar xəbərdarlıq


Fövqəladə Hallar Nazirliyi qar uçqunu təhlükəsi ilə əlaqədar xəbərdarlıq edib.

Sizinxeber.az nazirliyə istinadən xəbər verir ki, xəbərdarlıqda deyilir:

Temperaturun yüksəlməsi fonunda iyunun 3-nə kimi yüksək dağlıq ərazilərdə qar uçqunu ehtimalı

"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, temperaturun yüksəlməsi fonunda iyun ayının 3-nə kimi yüksək dağlıq ərazilərdə qar uçqunu ehtimalı mövcuddur.

FHN-in çağırışı

Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi vətəndaşları göstərilən müddətdə yüksək dağlıq ərazilərə səfərlərdən çəkinməyə, belə bir zərurət yarandıqda isə müvafiq təhlükəsizlik qaydalarına əməl etməyə, o cümlədən qar uçqunu ehtimalı olan yerlərdən, habelə dik yamaclardan kənar gəzməyə çağırır. Unutmayın, qaydalara biganəlik həyatımıza təhlükədir!"

FHN təhlükə zamanı 112-yə zəng etməyi tövsiyə edib.

Oxşar xəbərlər

FHN qar uçqunu təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib
FHN hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib
FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib - VİDEO
FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
FHN kəskin hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər