Bakının Parlament prospektində təmir işləri yekunlaşıb
sizinxeber.az xəbər saytı

Bakının Parlament prospektində təmir işləri yekunlaşıb


Azərbaycan Avtomobil Yolları Bakının Parlament prospektində (Mehdi Hüseyn küçəsindən Mikayıl Müşfiq küçəsinə qədər) təmir işlərini yekunlaşdırıb.

"Report" agentliyə istinadən xəbər verir ki, təmir işləri çərçivəsində sözügedən prospektdə köhnə asfalt-beton örtüyünün frezlənməsi, yolun profilə salınması, yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.

Bu işlərə paralel olaraq yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının və yağış barmaqlıqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunub.

“İnşaat Norma və Qaydaları”na uyğun, tərtib olunmuş qrafiklə sürətlə və keyfiyyətlə icra olunan təmir işlərinin son mərhələsində sözügedən ərazidə üfüqi nişanlanma xətlərinin çəkilişi işləri də yerinə yetirilib.

Oxşar xəbərlər

Bakının Mətbuat prospektində və Əhmədbəy Ağaoğlu küçəsində təmir işləri aparılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətləndirildi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qusarda 23 km uzunluğa malik avtomobil yolunun asfaltlanmasına başlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda bu yollardan biri beş gün bağlı olacaq - RƏSMİ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakının 8 Noyabr prospektinin bir hissəsində təmir işləri yekunlaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər