sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Qusarda 23 km uzunluğa malik avtomobil yolunun asfaltlanmasına başlanılıb
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Qusar rayonunda 5 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən, 23 km uzunluğa malik Qusar‒Xudat (18 km) ‒ Langi ‒ Caqarqışlaq ‒ Urvaoba ‒ Atlıxan ‒ Kuzunqışlaq‒Zindanmuruqqışlaq ‒ Avaranqışlaq avtomobil yolunun asfaltlanmasına başlayıb.
BAKU.WS agentliyə istinadən xəbər verir ki, yol uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib, yolların eni 10 metrə qədər genişləndirilib.
10 km hissəsi yararsız asfalt, 13 km hissəsi isə torpaq əsasdan ibarət olan yollarda "İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən torpaq işləri, qazma, yolun normativ eninin alınması üçün genişləndirmə işləri görülüb, yolboyu suların ötürülməsi məqsədilə zəruri yerlərdə suötürücü boruların tikintisi işləri icra olunub.
Texnoloji ardıcıllığa uyğun daha sonra yol əsasının tikintisi aparılıb. Artıq yolun 13 km-lik hissəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Hazırda yolun digər hissəsinə yeni asfalt-beton örtüyününün döşənməsi işləri davam etdirilir.
Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanlarının, km göstəricilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi işləri aparılacaq.
BAKU.WS
Oxşar xəbərlər
Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətləndirildi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bərdə-Ağdam avtomobil yolunun üzərində müasir dayanacaqlar quraşdırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Astaranın Düriyyə-Şümrüd avtomobil yolunun əsaslı təmirinə vəsait ayrılıb - SƏRƏNCAM [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev Bərdə-Ağdam avtomobil yolunun açılışında iştirak edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əshabi-Kəhf yolunda yenidənqurma işlərinə başlanılıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












