Əshabi-Kəhf yolunda yenidənqurma işlərinə başlanılıb - FOTO
sizinxeber.az xəbər saytı

Əshabi-Kəhf yolunda yenidənqurma işlərinə başlanılıb - FOTO


VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.99%-dən

Naxçıvanda ən çox ziyarət edilən ünvanlardan biri olan “Əshabi-Kəhf” yolunda əsaslı yenidən qurma işlərinə başlanılıb.

“Report”un yerli bürosunun xəbərinə görə, 1998-ci ildə istismara verilən və hazlrda yararsız hala düşən 14 km-lik yolun yenidən qurulması işlərinə start verilib.

İnşaatla bağlı yolun müvafiq hissələrində xəbərdaredici nişanlar da quraşdırılıb. Hazırda yararsız asfalt örtüyü götürülür və yol yatağı genişləndirilir. Yolun daha möhkəm və uzunömürlü olması üçün asfaltdan öncə çınqıl və digər müvafiq materiallar verilərək bərkitmə işləri aparılır.

Bir gediş, bir gəliş olmaqla iki zolaqdan ibarət olan yolun asfalt hissəsi 7 metr, torpaq hissəsinin eni isə 10 metr olacaq. Hazırda yolun 1 km-nin 70-80 faiz işləri görülüb. Yol boyunca suların ötürülməsi məqsədi ilə 41 yerdə metal boru quraşdırılacaq. 15 min metr uzunluğunda beton su kanalları quraşdırılacaq.

BAKU.WS
QALEREYA

Oxşar xəbərlər

Əshabi-Kəhf yolunda yenidənqurma işlərinə başlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətləndirildi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tələbəni avtomobil vuraraq öldürüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Salyanda yol hərəkəti qaydalarını kobud surətdə pozan sürücü saxlanılıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zaqatala və Balakəndə evləri sel suları basıb, dörd körpü yararsız haldadır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər