Vicdansız və ya laqeyd münasibət nəticəsində sağlamlığa yüngül zərər vuran tibb işçiləri cərimələnəcək
sizinxeber.az xəbər saytı

Vicdansız və ya laqeyd münasibət nəticəsində sağlamlığa yüngül zərər vuran tibb işçiləri cərimələnəcək


Tibb işçisinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz peşə vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan şəxsin sağlamlığına yüngül zərər vurulmasına görə cərimə tətbiq ediləcək.

Sizinxeber.az xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, tibb işçisinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz peşə vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan şəxsin sağlamlığına yüngül zərər vurulmasına səbəb olduqda fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi min manatdan doqquz min manatadək məbləğdə cərimə ediləcək.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Oxşar xəbərlər

Vicdansız münasibət nəticəsində sağlamlığa yüngül zərər vuran tibb işçiləri cərimələnəcək
Qanunsuz abort və tibb işçilərinin işə laqeyd münasibətinə görə zərərvurmaya dair cəzalar sərtləşdirilir
Tibbi xidmətin göstərilməsi qaydalarını pozmaya görə yeni cəzalar müəyyənləşir
Tibb müəssisələri üçün qablaşdırılmış dərmanların pərakəndə satışına görə 9000 manatadək cərimə tətbiq olunacaq
Qanunsuz aborta görə cəzalar sərtləşdirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər