FHN paytaxtda çoxmərtəbəli binanın liftinin istismarını dayandırıb - VİDEO
sizinxeber.az xəbər saytı

FHN paytaxtda çoxmərtəbəli binanın liftinin istismarını dayandırıb - VİDEO




Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin səlahiyyətləri çərçivəsində təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Bu barədə Sizinxeber.az-ə FHN-in mətbuat xidmətindən bildirilib.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 41 ünvanında yerləşən “Nərimanov 26” MMC-yə məxsus çoxmərtəbəli yaşayış binasının liftində yaranan nasazlıq nəticəsində vətəndaşın xəsarət alması ilə bağlı müraciət daxil olub.

Müraciətlə əlaqədar dərhal FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən həmin binadakı liftə texniki baxış keçirilib.

Baxış zamanı liftin müvafiq təhlükəsizlik tələblərinə riayət olunmadan istismar edildiyi, həmçinin insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığı müəyyən olunub.

Qeyd edilənlər nəzərə alınaraq, liftin istismarı dayandırılıb və texniki təhlükəsizliklə bağlı aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün “Nərimanov 26” MMC qarşısında məsələ qaldırılıb. Həmçinin, müvafiq akt tərtib edilərək, yalnız qayda pozuntularının aradan qaldırılacağı təqdirdə liftin istismarının mümkün olacağı və liftin müvafiq normalara riayət olunmadan istismarı zamanı baş verə biləcək qəza və bədbəxt hadisəyə görə məsuliyyət daşıdıqları sözügedən MMC-nin rəhbərliyinə izah olunub.

Sizinxeber.az
VİDEO

Oxşar xəbərlər

Bakıda təhlükəsizlik tələblərinə cavab verməyən liftin fəaliyyəti dayandırılıb - VİDEO
Təhlükəsizlik tələblərinə cavab verməyən liftin fəaliyyəti dayandırılıb
FHN rəsmisi: Bu gün keçirilən monitorinq zamanı attraksionlarda qüsurlar aşkarlanmayıb
Bakı sakinlərinin liftdəki "Sirat körpüsü": Yerlə göy arasında bir kvadrat metrlik "məzar" - VİDEO
Liftdə köməksiz qalan sakin belə xilas edildi - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər