Bakıda təhlükəsizlik tələblərinə cavab verməyən liftin fəaliyyəti dayandırılıb - VİDEO
Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin səlahiyyətləri çərçivəsində təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir.
APA Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən bildiri ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 41 ünvanında yerləşən “Nərimanov 26” MMC-yə məxsus çoxmərtəbəli yaşayış binasının liftində yaranan nasazlıq nəticəsində vətəndaşın xəsarət alması ilə bağlı müraciət daxil olub.
Müraciətlə əlaqədar dərhal FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən həmin binadakı liftə texniki baxış keçirilib.
Baxış zamanı liftin müvafiq təhlükəsizlik tələblərinə riayət olunmadan istismar edildiyi, həmçinin insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığı müəyyən olunub.
Qeyd edilənlər nəzərə alınaraq, liftin istismarı dayandırılıb və texniki təhlükəsizliklə bağlı aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün “Nərimanov 26” MMC qarşısında məsələ qaldırılıb. Həmçinin, müvafiq akt tərtib edilərək, yalnız qayda pozuntularının aradan qaldırılacağı təqdirdə liftin istismarının mümkün olacağı və liftin müvafiq normalara riayət olunmadan istismarı zamanı baş verə biləcək qəza və bədbəxt hadisəyə görə məsuliyyət daşıdıqları sözügedən MMC-nin rəhbərliyinə izah olunub.
Oxşar xəbərlər
“Fövqəladə hallar könüllüləri” proqramı üçün seçilənlər təlimlərə cəlb edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN: Ötən sutka 40 yanğına çıxış olub, 7 nəfər xilas edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN: Ötən sutka 48 yanğına çıxış olub, 10 nəfər xilas edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN Penitensiar Xidmətin əməkdaşları üçün təlim keçirib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN: Ötən sutka 42 yanğına çıxış olub, 7 nəfər xilas edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












