FHN rəsmisi: Bu gün keçirilən monitorinq zamanı attraksionlarda qüsurlar aşkarlanmayıb
Bu gün keçirilən monitorinq zamanı attraksionlarda qüsurlar aşkar edilməyib. Attraksionların texniki sənədləri qeydiyyatdan keçib və istismarına icazə alınıb.
“Report”un yerli bürosunun məlumatına görə, bunu Fövqəladə hallar Nazirliyi (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyində müfəttişliyin rəisi Sahil Mənsimov jurnalistlərə açıqlamasında deyib.
S.Mənsimov bildirib ki, FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin balansındakı bu attraksionlarda ildə bir dəfədən az olmayaraq Ədliyyə Nazirliyindən alınmış sifariş əsasında mütəxəssislər tərəfindən texniki müayinələr aparılır:
“Aşkar olunmuş qüsurlar haqqında aktlar tərtib edilir. Tərtib edilmiş aktın icrası tərəfimizdən nəzarətə götürülür. Attraksionlar quraşdırılmazdan əvvəl onların müvafiq sənədləri olmalıdır, qeydiyyata alınmalıdır və daha sonra agentlik tərəfindən istismara verilməlidir.
İstismara yararlı olan hər bir mexanikləşdirilmiş attraksion istismar müddətində texniki-təhlükəsizlik sertifikatı ilə təmin edilməli və attraksionun sahibi tərəfindən cavabdeh şəxslər təyin olunmalıdır. Bundan əlavə, attraksionları idarə etmək üçün uyğun təhsili olan, attestasiyadan keçmiş operatorlar olmalıdır və onlar vətəndaşları təlimatlandırmalıdırlar”.
Oxşar xəbərlər
“Bütün təxribatların qarşısını almağa hazırıq” - DSX rəsmisi
Reklamların dili səhvlərlə doludur - Sevinc Əliyeva
MMX ötən il 29 monitorinq subyektini və 44 yeni məsul şəxsi qeydiyyata alıb
Qida obyektləri və qida subyektlərinin qeydiyyatı proseduru müəyyənləşib
Maliyyə Nazirliyi ötən il 126 təşkilatda nəzarət tədbirləri həyata keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













