Dövlət Komissiyası: Xocalıda tapılan kütləvi məzarlıq göstərir ki, ermənilərin dediyi humanitar dəhliz olmayıb
sizinxeber.az xəbər saytı

Dövlət Komissiyası: Xocalıda tapılan kütləvi məzarlıq göstərir ki, ermənilərin dediyi humanitar dəhliz olmayıb


Bu günə olan məlumata görə, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 3990 nəfər itkin düşmüş şəxs qeydiyyata alınıb.

Sizinxeber.az-nın Qarabağ bürosu xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov jurnalistlərə açıqlamasında deyib.

E. Səmədov qeyd edib ki, son illərdə aparılan axatrış-qazıntı və eyniləşdirmə prosesləri nəticəsində 170 vətəndaşın taleyinə aydınlıq gətirilib: "Bu gün burada Ermənistanın törətdiyi yeni cinayət faktı ilə üz-üzəyik. Uzun illər Ermənistan tərəfi Xocalı soyqırımı ilə bağlı özünəməxsus yanaşma nümayiş etdirib. Onlar yalandan deyirdilər ki, mülki əhali Xocalını tərk edərkən onlara koridor açılıb. Bu gün burada tapılan kütləvi məzarlıq göstərir ki, heç bir humanitar dəhlizdən söz gedə bilməz".

Oxşar xəbərlər

Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 3990 itkin düşmüş şəxs qeydiyyata alınıb
Dövlət Komissiyası: Xocalıda tapılan sonuncu kütləvi məzarlıqda ekshumasiya işləri davam edir
Eldar Səmədov: Kütləvi məzarlıqda tapılan meyit qalıqlarında işgəncə izləri var
Xocalı soyqırımı zamanı itkin düşənlərin sayı 196 nəfərə çatıb, 200-ü keçəcək
Şuşa və Xocalıda kütləvi məzarlıqlar aşkarlanıb - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle