FHN-in Tibb xidməti seminarlar keçirib
sizinxeber.az xəbər saytı

FHN-in Tibb xidməti seminarlar keçirib


Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib.

Sizinxeber.az FHN-ə istinadən xəbər verir ki, tədbirlər Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"na uyğun olaraq təşkil edilib.

Seminarlar respublikada narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğatı, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi məqsədilə keçirilib. Tədbirlərdə FHN-in strukturuna daxil olan qurumların və regional mərkəzlərin şəxsi heyətləri iştirak edib.

Seminarlarda Tibb xidmətinin nümayəndələri mövzuya dair çıxışlar edib, sualları ətraflı cavablandırıblar.

Oxşar xəbərlər

Ötən il cinayətlərin 27,3 faizi narkotik dövriyyəsi ilə əlaqədar olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mingəçevirdə pirotexniki vasitələrin gizli satışı ilə məşğul olan şəxslər məsuliyyətə cəlb ediliblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Göygöl və Şabranda qanunsuz tikililər sökülüb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kəmaləddin Heydərov Naxçıvan FHN-də müşavirə keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN: Ötən sutka 21 yanğına çıxış olub, 4 nəfər xilas edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər