Belarus DİN-in nümayəndə heyəti Azərbaycana səfər edib
22-24 aprel tarixlərində Belarus Respublikasının Daxili İşlər Nazirliyinin Cəzaların İcrası Departamentinin rəisi milis general-mayoru Oleq Vladimiroviç Matkinin başçılıq etdiyi nümayəndə heyəti təcrübə mübadiləsi məqsədilə ölkəmizdə səfərdə olub.
Bu barədə APA-ya Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qnaqlar öncə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.
Daha sonra nümayəndə heyəti ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidov tərəfindən qəbul edilib.
Görüşdə qurumlar arasında əməkdaşlıq, penitensiar sahədə qanunvericilik, hüquq və azadlıqların təmin olunması, infrastrukturun yenilənməsi, innovasiyaların tətbiqi, kadrların hazırlanması məsələləri müzakirə olunub.
Səfər çərçivəsində qonaqlar Heydər Əliyev Mərkəzini, Vətən müharibəsi memorial kompleksini və Zəfər muzeyini ziyarət ediblər, Bakı İstintaq təcridxanasının, 4 saylı cəzaçəkmə müəssisəsinin, Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisənin və Umbakı penitensiar müəssisəsinin fəaliyyəti ilə tanış olublar.
Oxşar xəbərlər
Penitensiar xidmətdə əməliyyat müşavirəsi keçirilib
Tacikistan nümayəndə heyəti Hərbi İnstitutu ziyarət edib - VİDEO
Azərbaycanla Gürcüstan arasında probasiya sahəsində əməkdaşlıq müzakirə edilib - FOTO
Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisi Tofiq Həsənov general-mayor rütbəsindən məhrum edilib
Azərbaycanla Türkiyə HHQ arasında 15-ci Qərargah danışıqları keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













