Penitensiar xidmətdə əməliyyat müşavirəsi keçirilib
sizinxeber.az xəbər saytı

Penitensiar xidmətdə əməliyyat müşavirəsi keçirilib


Yanvar 21-də Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidovun rəhbərliyi ilə 2024-cü ilin yekunlarına dair əməliyyat müşavirəsi keçirilib.

Sizinxeber.az xəbər verir ki, bu barədə Penitensiar xidmətin məlumatında deyilir.

Müşavirədə açılış nitqi ilə çıxış edən nazir müavini bildirib ki, ötən dövrdə Penitensiar xidmətin infrastrukturunun yenilənməsi, fəaliyyətin təkmilləşdirilməsi, məhkum və həbs edilmiş şəxslərin saxlanma və maddi-məişət şəraitinin yaxşılaşdırılması, peşəkar kadr korpusunun formalaşdırılması, qanunçuluğun möhkəmləndirilməsi, fəaliyyətdə şəffaflığın artırılması və nizam-intizamın gücləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilib.

Sonra Penitensiar xidmətin rəis müavini ədliyyə general-mayoru Oqtay Məmmədov xidmətin 2024-cü il ərzindəki fəaliyyətinin yekunlarına dair hesabat məruzəsi ilə çıxış edib.

Müşavirədə Penitensiar xidmətin tabe qurumlarının rəhbərlərinin də məruzələri dinlənilib.

Əməliyyat müşavirəsinə yekun vuran nazir müavini məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının təmini, əməliyyat-axtarış və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, rejim və davranış qaydalarına riayət olunması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsinə dair tapşırıqlar verib.

Oxşar xəbərlər

Naxçıvan Penitensiar Xidmətində əməliyyat müşavirəsi keçirilib
Ermənistanda Penitensiar Xidmətin rəhbəri ilk dəfə qadın olacaq
Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisi Tofiq Həsənov general-mayor rütbəsindən məhrum edilib
FHN Penitensiar Xidmətin əməkdaşları üçün təlim keçirib - VİDEO
Penitensiar xidmət və DİN əməliyyat keçirib, narkotik aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle