BDYPİ hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdərlıq edib
sizinxeber.az xəbər saytı

BDYPİ hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdərlıq edib


Ölkə ərazisində gün ərzində müşahidə olunan güclü və fasiləsiz yağıntılar nəticəsində bəzi yol sahələrində su yığılması, yol örtüyünün sürüşkən hala gəlməsi, yol çökməsi, eləcə də görünüş məsafəsinin azalması halları qeydə alınır.

Sizinxeber.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) hərəkət iştirakçılarına xəbərdarlığında bildirilib.

Qeyd edilib ki, xüsusilə gecə saatlarında bu cür hava və yol şəraiti hərəkətdə ciddi çətinliklərə səbəb olur, qəza riskini artırır.

"Dövlət Yol Polisi hərəkətin təhlükəsizliyinin təmin olunması istiqamətində nəzarət tədbirlərini gücləndirib, zəruri bütün tədbirlərin görülməsi davam etdirilir. Lakin hava şəraitindən irəli gələn risklərin tam qarşısının alınması mümkün olmadığından, sürücülərdən hava və yol şəraitini nəzərə almaları, avtomobili ehtiyatla idarə etmələri, təhlükəsizlik qaydalarına ciddi əməl etmələri, sel, sürüşmə və uçqun təhlükəsi olan ərazilərdən mümkün qədər uzaq durmaları xahiş olunur.

Piyadalardan da bu hava şəraitində daha diqqətli olmaları, yalnız müəyyən olunmuş piyada keçidlərindən istifadə etmələri tələb olunur.

Mövcud vəziyyəti nəzərə alaraq, vətəndaşlardan zərurət olmadıqca axşam və gecə saatlarında şəxsi nəqliyyat vasitələri ilə yola çıxmamaları tövsiyə edilir.

Yollarda təhlükəsizliyin qorunması üçün hər birinizdən diqqətli və məsuliyyətli davranmağınız bir daha xahiş olunur", - məlumatda vurğulanıb.

Oxşar xəbərlər

Yol polisi hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Yol polisi hava şəraiti ilə bağlı gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir
DYP hava şəraiti ilə əlaqədar müraciət edib
Yol polisi hava şəraiti ilə bağlı müraciət edib
BDYPİ sürücülərə müraciət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər