Sabah Bakıda yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
Aprelin 14-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, aprelin 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecəyə doğru bəzi yerlərdə arabir yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi və şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.
Havanın temperaturu gecə 7-10° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65% olacaq.
Azərbaycanın rayonlarında hava proqnozu
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər arabir duman müşahidə olunacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 11-16° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacaq.
Oxşar xəbərlər
Sabah bəzi yerlərdə arabir yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
Sabah hava yağmurlu olacaq, dağlıq ərazilərə qar yağacaq - PROQNOZ
Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
Azərbaycanın bəzi rayonlarında leysan yağacaq, şimşək çaxacaq dolu düşəcək - PROQNOZ
Bazar günü bəzi yerlərdə yağış yağacaq, dolu düşəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
-
Anaklaudia Rossbax: Bakıdakı WUF13 UN-Habitat tarixində ən böyük forum olub
-
Pentaqon Aya uçan ilk astronavtlardan birinin UNO ilə bağlı ifadələrini yayıb - FOTO
-
“Hizbullah” son bir ayda 48 İsrail tankını sıradan çıxardığını iddia edib
