Zaqatalada itkin düşmüş Hindistan vətəndaşının sümük qalıqları müayinədədir
sizinxeber.az xəbər saytı

Zaqatalada itkin düşmüş Hindistan vətəndaşının sümük qalıqları müayinədədir


Zaqatalada itkin düşmüş Hindistan vətəndaşının sümük qalıqları hazırda Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin məhkəmə-kriminalistika şöbəsində müayinədədir.

Bunu Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Baş direktoru Ədalət Həsənovun APA-ya müsahibəsində deyib.

"Ekspertiza başa çatdıqdan və mərhumun şəxsiyyəti müəyyənləşdirildikdən sonra Zaqatala rayon prokurorluğu tərəfindən sümük qalıqları şöbədən götürülərək aidiyyəti üzrə təhvil veriləcək", - o bildirib.

Qeyd edək ki, bu il fevralın 9-da Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2022-ci ilin may ayında Zaqatala rayonu ərazisində itkin düşmüş 1993-cü il təvəllüdlü Hindistan Respublikası vətəndaşı Kondaveti Maniqanta məxsus olması ehtimal edilən meyitin qalıqları, ona məxsus əl çantası, bank kartları, mobil telefon və digər şəxsi əşyalar Böyük Qafqaz dağlarının Zaqatala rayonu Car kəndi yaxınlığında "Şamilovka" meşə massivində aşkar edilib.

Oxşar xəbərlər

Üç il əvvəl Zaqatalada meşədə itkin düşən hindistanlı turistin qalıqları tapılıb
Zaqatalada 14 yaşlı yeniyetmə intihar edib
Zaqatalada 32 yaşlı qadın xəstəxanada vəfat edib
2022-ci ildə Laçında itkin düşmüş 2 hərbçinin meyitinin qalıqları aşkarlanıb
2022-ci ildə Laçında itkin düşmüş 2 hərbçinin meyit qalığı aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər