Beynəlxalq Olimpiada Mərkəzinin şagirdləri Şəmkirdə düşərgədə iştirak ediblər
sizinxeber.az xəbər saytı

Beynəlxalq Olimpiada Mərkəzinin şagirdləri Şəmkirdə düşərgədə iştirak ediblər


23-28 mart tarixlərində Təhsil İnstitutunun nəzdində fəaliyyət göstərən Beynəlxalq Olimpiada Mərkəzinin şagirdləri Şəmkir rayon Kimya-biologiya təmayüllü liseydə təşkil edilən düşərgədə iştirak ediblər.

Azərbaycan Respublikasının Təhsil İnstitutundan Sizinxeber.az-ya verilən xəbərə görə, düşərgənin keçirilməsində əsas məqsəd şagirdlərin elmi və intellektual bacarıqlarını artırmaq, onların fərdi inkişafını dəstəkləmək və təhsil sahəsində əldə etdikləri bilikləri daha da təkmilləşdirməkdir.

Düşərgə zamanı şagirdlər nəzəri biliklərini təcrübədə sınamaq və elmi proseslərin necə işlədiyini mənimsəmək üçün müxtəlif elmi təcrübələr və laboratoriya eksperimentləri həyata keçiriblər. Eyni zamanda, şagirdlər bilik yarışında iştirak edərək komanda şəklində öz bilik və bacarıqlarını sınayıblar. Bu cür yarışlar, şagirdlərin sürətli düşünmə, məlumatları təhliletmə və problemləri həlletmə qabiliyyətlərini inkişaf etdirir. İntensiv dərslər ilə yanaşı şagirdlər sosial fəaliyyətlərdə də aktiv şəkildə iştirak ediblər. İdman və əyləncəli oyunlar, həm fiziki, həm də sosial bacarıqların inkişaf etdirilməsi, asudə vaxtın səmərəli keçirilməsi, komanda işinin və liderlik bacarıqlarının təkmilləşdirilməsi şagirdlər üçün əhəmiyyətli hesab olunur. Belə ki, şagirdlər düşərgədə iştirak edərək əldə etdikləri bilik və təcrübələr ilə beynəlxalq səviyyəli yarışmalarda, olimpiadalarda yeni uğurlara imza atmaq üçün hazır olurlar.

Oxşar xəbərlər

Elm və təhsil naziri “Maarifçi”lərlə görüşüb
Tələbə yaz məktəbləri davam edir
İT və proqramlaşdırma üzrə tələbə yaz düşərgəsi keçiriləcək
“Sabahın alimləri” XIV Respublika layihə müsabiqəsinin qalibləri mükafatlandırılıb
"Maarifçi" tələbə-məzun təcrübə proqramının yeni iştirakçıları ilə görüş keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər