Gənc şair Həsən Kür əməliyyat olunub, hazırda reanimasiyadadır
Həsən Kür əməliyyat olunub
“Xəstə Həsən Zeynallının (Kür) sol ayağı əməliyyat olunub. O hazırda reanimasiya şöbəsindədir”.
Bu barədə Sizinxeber.az-ya Sabunçu Tibb Mərkəzinin anestezioloqu və reanimatoloqu dr. Leyla Mərcan məlumat verib.
Həsən Kürün əməliyyatı necə keçib?
Həkim bildirib ki, Həsən Kürün əməliyyatı ağır keçib: “Əməliyyat zamanı xəstə çox qan itirdi. Təqribən, 5 saat davam edən proses ağır olsa da, əməliyyat uğurla yekunlaşdı, hazırda vəziyyəti stabildir. Hələ ki, müalicəsi reanimasiya şöbəsində davam etdirilir”.
Həsən Kürün sağlamlıq vəziyyəti
Qeyd edək ki, fevralın 22-i gənc şair Həsən Kür intihara cəhd edib. Belə ki, o "Sevinc Mall" ticarət mərkəzinin 3-cü mərtəbəsindən özünü atıb. O həmin gün 19:10 radələrində müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib. Fevralın 27-i Sabunçu Tibb Mərkəzinin anestezioloqu və reanimatoloqu dr. Leyla Mərcan tərəfindən Sizinxeber.az-ya məlumat verilib ki, o, komadadır, süni tənəffüs aparatına qoşulub. Martın 5-də süni tənəffüs aparatından ayrılıb, səhhəti stabilləşib, palataya köçürülüb. Son məlumata əsasən, əməliyyat olunan gənc şair reaninmasiyadadır.
Qeyd edək ki, şair Həsən Kür İkinci Qarabağ müharibəsinin iştirakçısıdır.
Oxşar xəbərlər
Gənc şair Həsən Kür komadadır, süni tənəffüs aparatına qoşulub
Gənc şair Həsən Kür intihara cəhd edib, vəziyyəti ağırdır - YENİLƏNİB
Gənc şair Həsən Kür intihara cəhd edib
Həsən Kürün hazırki vəziyyəti açıqlanıb
"Hizbullah" Həsən Nəsrullahın öldürüldüyünü təsdiqləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"












