Gənc şair Həsən Kür komadadır, süni tənəffüs aparatına qoşulub
Həsən Kürün son vəziyyəti
"Həsən Zeynallının (Kür) vəziyyəti ağır-stabil olaraq qiymətləndirilir".
Bu barədə Sizinxeber.az-ya Sabunçu Tibb Mərkəzinin anestezioloqu və reanimatoloqu dr. Leyla Mərcan məlumat verib.
Ağciyər kontuziyası, qabırğa qırıqları, beyin ödəmi və qanamalar
O qeyd edib ki, Həsən Kür kirtik mərhələni qismən dəf edib: "Xəstəxanaya yerləşdirilən zaman vəziyyəti çox kritik idi. Amma hazırda huşu özünə qayıtmağa başlayıb. Adi əmrlərə reaksiya verir. Lakin huşu tam aydın olmadığından deyə bilərik ki, xəstə hazırda komadadır və ağciyər kontuziyası, qabırğa qırıqları olduğu üçün xəstə hələ də süni tənəffüs aparatına qoşulub. Beyin ödəmi, qanamalar davam edir. Qan beyindən tam sovrulmayıb".
Kontur kompüter tomoqrafiyası planlaşdırılır
Leyla Mərcan bildirib ki, sabah Həsən Kür kontur kompüter tomoqrafiyası ediləcək: "Katenin nəticəsindən sonra xəstənin vəziyyətinin müsbət istiqamətə dəyişib-dəyişməməsini müəyyən edəcəyik. Lazım olsa, əməliyyat olunacaq".
Həsən Kürün sağlamlıq vəziyyəti
Qeyd edək ki, fevralın 22-i gənc şair Həsən Kür intihara cəhd edib. Belə ki, o "Sevinc Mall" ticarət mərkəzinin 3-cü mərtəbəsindən özünü atıb. O həmin gün 19:10 radələrində müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib. Hazırda Cərrahi profilli reanimasiya şöbəsində müalicəsi davam etdirilir.
Oxşar xəbərlər
Gənc şair Həsən Kür intihara cəhd edib, vəziyyəti ağırdır - YENİLƏNİB
Həsən Kürün hazırki vəziyyəti açıqlanıb
Gənc şair Həsən Kür intihara cəhd edib
Həkimlər aktyor Azər Baxşəliyevin ürəyinin fəaliyyətini bərpa edib, süni tənəffüs aparatına qoşulub - YENİLƏNİB1
"Hizbullah" Həsən Nəsrullahın öldürüldüyünü təsdiqləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"












