Parlamentin komitə sədri: Danaların, quzuların kəsilməsi üçün yaş həddi müəyyənləşməlidir
Körpə danaların kütləvi kəsimi ətin qiymətinin artmasına səbəb olur.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı”nın müzakirəsində parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
Tahir Rzayev bildirib ki, son illər iri və xırda buynuzlu mal-qaranın sayı azalsa da, heyvandarlıq məhsullarının istehsalı xeyli artıb: “Dövlət mal-qaranın sayının artırılmasında deyil, ətlik və südlük heyvanlarının yetişdirilməsində maraqlıdır. Bu, düzgün seçimdir. Ancaq 7-8 kq-lıq quzuların, körpə danaların kütləvi kəsimi və bazara çıxarılması heyvandarlığın inkişafına maneədir və bazarda ətin qiymətinin artmasına səbəbdir. Orta kəsim çəkisinin 2 kq az olması illik qoyun əti istehsalında 8 min ton itki deməkdir. Bizdə kəsim çəkisi normadan nəinki 2, hətta 9-10 kq azdır. Heyvanların kəsilməsi üçün yaş həddinin müəyyən edilməsi, qadağaların qoyulması, cərimələrin tətbiqi yaxşı olardı. Son illərdə mənşəyi bilinməyən ətin satışa çıxarılması zəhərlənmələrə, müəyyən xəstəliklərə səbəb olur. Ətin satışına qadağalar olmadığı üçün işbazlar bundan sui-istifadə edirlər”.
Oxşar xəbərlər
VII çağırış Milli Məclisin komitələri formalaşdırılıb
Nazirlik: Heyvanların aşağı çəkidə kəsilməsi ət istehsalına mənfi təsir göstərir
Parlamentin komitə sədri: Gələn il minimum pensiyanın artırılması planlaşdırılır
Parlamentin komitə sədri: Azərbaycan 80-dən çox ölkəyə sərbəst gediş-gəlişi təşkil edə bilir
Azərbaycanda ətin qiymətinin optimallaşdırılmasına mane olan amillər açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Anaklaudia Rossbax: Bakıdakı WUF13 UN-Habitat tarixində ən böyük forum olub
-
Pentaqon Aya uçan ilk astronavtlardan birinin UNO ilə bağlı ifadələrini yayıb - FOTO
-
AZAL Naxçıvana uçuşları ləğv etdi - SƏBƏB?
-
Daha bir itkin-şəhid dəfn ediləcək
-
Nazir: Qırğızıstan zəlzələyədavamlı tikinti sahəsində Bakının təcrübəsini öyrənməkdə maraqlıdır - EKSKLÜZİV
-
Mirziyoyev: Özbəkistan Qarabağın bərpasını dəstəkləməyə davam edəcək
