Trampdan gözlənilməz açıqlama: İranda qətllər dayandırılıb, edam planı yoxdur
sizinxeber.az xəbər saytı

Trampdan gözlənilməz açıqlama: İranda qətllər dayandırılıb, edam planı yoxdur


Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İrandakı vəziyyətlə bağlı diqqətçəkən bəyanatla çıxış edib.

Onun sözlərinə görə, Vaşinqtona daxil olan son məlumatlarda İranda qətllərin dayandırıldığı, habelə etirazçılarla bağlı edamların planlaşdırılmadığı bildirilir.

Tramp daha əvvəl açıq şəkildə xəbərdarlıq etmişdi ki, əgər İranda etiraz aksiyalarında iştirak edən şəxslərin kütləvi şəkildə edam olunmasına başlanılarsa, ABŞ sərt addımlar atacaq. Prezident xüsusilə “etirazçıları asmağa başlasalar” ifadəsini işlədərək Tehrana ciddi mesaj göndərmişdi.

Son açıqlama isə Ağ Evin mövqeyində müəyyən yumşalma kimi qiymətləndirilir. Bununla belə, Tramp administrasiyasının İranda vəziyyəti diqqətlə izləməyə davam etdiyi və hər an mövqenin dəyişə biləcəyi vurğulanır.

Oxşar xəbərlər

İranda bir ildə 997 nəfər edam olunub
İranda prezident seçkisindən sonra 87 nəfər edam olunub
İranda son 17 ildə ən çox edam bu ilin oktyabrında icra olunub
İranda aksiyalar zamanı həbs edilmiş on nəfərin edam hökmü icra olunacaq
Son iki gündə İranda 30 nəfər edam olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər