Lisenziyası dayandırılan “Laser Beauty Klinika”da yenidən yoxlama aparılıb, protokol tərtib olunub
sizinxeber.az xəbər saytı

Lisenziyası dayandırılan “Laser Beauty Klinika”da yenidən yoxlama aparılıb, protokol tərtib olunub


Səhiyyə Nazirliyi tərəfindən “Laser Beauty Klinika”da yoxlama keçirilib.

Bu barədə Sizinxeber.az-ya Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən xəbər verilib.

"Xatırladaq ki, Səhiyyə Nazirliyinin lisenziya şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair göstərişlərini yerinə yetirmədiyi üçün “Laser Beauty Klinikası”nın həmin filial üzrə lisenziya əlavəsi İqtisadiyyat Nazirliyinin inzibati akti ilə dayandırılmış, müəssisəyə martın 12-dək nöqsanların aradan qaldırılması üçün müddət qoyulub.

Lakin, orada tibbi prosedurların davam etdirilməsi barədə məlumatlar alınıb. Bununla əlaqədar olaraq, baş həkim Rəna Soltanovanın iştirakı və təqdim etdiyi sənədlər əsasında klinikada Səhiyyə Nazirliyi tərəfindən yoxlama keçirilib.

Yoxlamanın nəticəsi olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə müvafiq olaraq, “LASER BEAUTY ESTETİK KLİNİKASI” MMC-yə inzibati xəta haqqında protokol tərtib edilmiş və Səhiyyə Nazirliyinə növbəti icraata göndərilib", - məlumatda qeyd edilib.

Oxşar xəbərlər

“Laser Beauty Clinic”in filialının lisenziya əlavəsi dayandırılıb
“Laser Beauty Estetik Klinikası”nın fəaliyyəti dayandırılacaq
“Lazer Beauty Klinikası”nın lisenziyasının ləğv edilməsi ilə bağlı İqtisadiyyat Nazirliyinə məktub göndərilib
Bakıda fəaliyyətinin dayandırıldığı deyilən estetik klinika açıqdır: Pasiyentləri qəbul edir
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşları özəl klinikada yoxlama apararkən müqavimətlə üzləşiblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle