Kağız reseptlərdən istifadə ləğv ediləcək
sizinxeber.az xəbər saytı

Kağız reseptlərdən istifadə ləğv ediləcək


Kağız reseptlərdən istifadə zamanla tamamilə aradan qaldırılacaq.

Sizinxeber.az xəbər verir ki, bunu Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəsssisi Sevinc Məhərrəmova deyib.

O, qeyd edib ki, ölkə üzrə bütün tibb müəssisələrində elektron resept tətbiq edildikdən sonra kağız reseptlərin istifadəsi tamamilə aradan qaldırılacaq: "Hər kəs ölkə üzrə istənilən özəl və dövlət tibb müəssisələrində həkimdən elektron resept tələb edə bilər. Elektron reseptlərin ən böyük üstünlüyü təqvim sisteminin xəstəyə dərmanın qəbul vaxtı və dozası haqqında bildiriş göndərməsidir. Ölkə üzrə bütün tibb müəssisələrində elektron resept tətbiq edildikdən sonra kağız reseptlərin istifadəsi tamamilə aradan qaldırılacaq".

Sevinc Məhərrəmovanın sözlərinə görə, elektron resept tətbiqi həkimlərin "firma dərmanları" yazmasının qarşısını alacaq: "Bu sistem ölkəyə qeydiyyatsız keçən dərmanların satışının da qarşısını alacaq. Apteklər elektron resept tətbiqi üzərindən dərman satışı həyata keçirə bilərlər", - o bildirib.

Oxşar xəbərlər

Rəqəmsal Səhiyyə Mərkəzi: Elektron resept bütün tibb müəssisələri üçün keçərlidir
Qida əlavələrinin reseptə yazılması ilə bağlı özəl tibb müəssisələrinə xəbərdarlıq edilib
Bir sıra tibb müəssisələrinin elektron qeydiyyat sistemində yaranmış texniki nasazlıq aradan qaldırılıb - YENİLƏNİB
Tibb müəssisələrinin elektron qeydiyyat sistemindəki texniki nasazlıq aradan qaldırılıb - YENİLƏNİB
Bir sıra tibb müəssisələrinin elektron qeydiyyat sistemində fasilə yaranıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle