Baş nazir: Yaşayış və kommersiya obyektlərinin 99%-dən çoxu yüksəksürətli genişzolaqlı internetə qoşulub
Rəqəmsal transformasiya məqsədlərinə nail olmaq üçün cəmiyyətin bütün təbəqələrinin müasir rəqəmsal xidmətlərə çıxışını təmin edəcək etibarlı infrastruktur yaratmaq lazımdır.
Sizinxeber.az-nın xəbərinə görə, Baş nazir Əli Əsədov bunu “Digital Almaty 2025” beynəlxalq rəqəmsal forumunda çıxışında bildirib.
Baş nazir deyib ki, belə infrastrukturun əsas elementlərindən biri yüksəksürətli internetə çıxışdır: “İnternet infrastrukturunun inkişafına yönəlmiş mühüm təşəbbüslər arasında “Onlayn Azərbaycan” layihəsini xüsusi qeyd etmək lazımdır. Layihə çərçivəsində bütün yaşayış və kommersiya obyektlərinin 99%-dən çoxu yüksəksürətli genişzolaqlı internetə qoşulub. Dövlət idarəçiliyinin rəqəmsallaşması istiqamətində atılan ən mühüm addımlardan biri “rəqəmsal hökumət” platformasının yaradılması olub”.
Oxşar xəbərlər
Bakının 95%-dən çoxunun genişzolaqlı internetə çıxışı təmin olunub
Abşeronun 99%-i yüksəksürətli internetlə təmin olunub - FOTO
“Onlayn Azərbaycan” layihəsinin Bakıya aid hissəsi başa çatıb
Baş nazir: Azərbaycanın süni intellekt strategiyası hazırlanır
Ağcabədinin 90%-dən çoxunun genişzolaqlı internetə çıxışı təmin edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













