Azərbaycanda ötən ay 7 nəfər zəhərlənmədən ölüb
Dekabr ayı üzrə KTM-ə zəhərlənmə səbəbilə 116 müraciət daxil olub.
Bu barədə APA-ya KTM-dən xəbər verilib.
Bildirilib ki, dekabr ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 116 nəfər qəbul edilib.
Şöbəyə qəbul edilən xəstələrdən 29 nəfər dərmandan, 24 nəfər sirkə turşusundan, 22 nəfər botulizmdən zəhərlənən şəxslərdir.
Həmçinin 18 nəfər dəm qazından, 7 nəfər allergik reaksiyadan, 4 nəfər etanoldan, 3 nəfər fosfor üzvi birləşmələrdən, 6 nəfər yandırıcı məhlul, 3 nəfər isə anafilaktik şok səbəbilə şöbəyə yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 7-si (5 nəfər kişi cinsli, 2 nəfər qadın cinsli) dünyasını dəyişib.
Ölüm halları sirkə turşusu, botulizm, etanol, dərman və dəm qazı zəhərlənmələrindən qeydə alınıb.
Oxşar xəbərlər
KTM: Ötən ay 4 nəfər zəhərlənmədən vəfat edib
KTM: Ötən ay zəhərlənmə ilə 101 nəfər qəbul edilib, 3 nəfər ölüb
Ötən ay zəhərlənmədən 4 nəfər vəfat edib
KTM: Ötən ay sirkə turşusundan zəhərlənən 5 nəfər vəfat edib
Ötən ay KTM-in Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 101 nəfər qəbul edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













