Yetkinlik yaşına çatmayan qızları nikaha məcbur etməyə görə ötən il bir cinayət işi açılıb
sizinxeber.az xəbər saytı

Yetkinlik yaşına çatmayan qızları nikaha məcbur etməyə görə ötən il bir cinayət işi açılıb


Ötən il yetkinlik yaşına çatmayan qızı nikaha məcbur etməyə görə bir cinayət işi açılıb.

Bu barədə "Report"a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova bildirib.

O xatırladıb ki, 2022-ci ildə 18 yaşadək analar tərəfindən 2011 uşaq dünyaya gətirilib: "2021-ci illə müqayisədə 361 nəfər artım olub. Ən yüksək göstəricilər Qazax-Tovuz, Mərkəzi Aran və Qarabağ iqtisadi rayonlarında qeydə alınıb. Ailə Məcəlləsinə əsasən, nikah yaşının bir yaş azaldılması ilə bağlı yerli icra hakimiyyəti orqanları tərəfindən 271 qərar (Qazax-Tovuz və Mərkəzi Aran rayonları üstünlük təşkil edir) qəbul edilib. Dövlət Komitəsinin yerli icra hakimiyyəti orqanlarından əldə etdiyi məlumata əsasən, 269 erkən evliliyin qarşısı alınıb".

Oxşar xəbərlər

Nikah yaşının azaldılması ilə bağlı istisnanın ləğv edilməsi təklif edilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Məclis Dövlət Komitəsinin illik məlumatını təsdiqləyib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
12 yaşlı qızın 32 yaşlı kişi ilə nişanlandırılması faktı təsdiqləndi: Qurumlar hərəkətə keçdilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yeniyetməni 37 yaşlı kişiyə ərə verirdilər, qarşısı alındı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda erkən nikahla bağlı mərasimlərə görə məsuliyyətin müəyyənləşdirilməsi təklif olunur [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər