Sabirabadda 12 yaşlı qızını nikaha daxil olmağa məcbur edən ata həbs edilib
Sabirabad rayonu Məmişli kəndində azyaşlı övladını nikaha daxil olmağa məcbur edən ata polis əməkdaşları tərəfindən həbs edilib.
DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, 1979-cu il təvəllüdlü Quliyev Mübariz Musa oğlu cinayət məsuliyyətinə cəlb edilib.
Onun barəsində Cinayət Məcəlləsinin nikah yaşına çatmayan şəxsi nikaha daxil olmağa məcbur etmə maddəsi ilə polis şöbəsində cinayət işi qaldırılmaqla məhkəmə qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
"Rayon Polis Şöbəsində istintaq hərəkətləri davam etdirilir", - məlumatda vurğulanıb.
Qeyd edək ki, bir müddət əvvəl Sabirabad rayon Qaralar kəndində 12 yaşlı qıza nişan mərasimi keçirilməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
Oxşar xəbərlər
Bacısını öldürməyə görə tutulan şəxsin cinayət işi məhkəməyə göndərilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
RTİ: 12 yaşında nişanlandırılan şagirdin dərsə davamiyyətində problem yoxdur - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Tərtər işi” ilə bağlı ittiham olunan general-mayor Bəkir Orucov son söz deyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şabrandakı “Yeni Qalaltı" hotelində külli miqdarda mənimsəməyə görə cinayət işi açılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hacı Məmmədovla tutulan DİN-in keçmiş şöbə rəisi məhkəməyə müraciət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












