Güclü külək Mingəçevirdə problemlər yaradıb - VİDEO - YENİLƏNİB
Güclü külək nəticəsində Mingəçevir şəhəri ərazisində 120 ədəd ağac qırılıb, küçələrdə nəqliyyat vasitələrinin hərəkətinə maneə yaranıb.
APA xəbər verir ki, bu barədə Mingəçevir şəhər Fövqəladə Hallar Komissiyası məlumat yayıb.
Qeyd olunub ki, 15 yaşayış binasının dam örtüyünü külək uçurub, 9 fərdi evin dam örtüyünə ziyan vurub, 3 ədəd fərdi evin həyətində daş hasar aşıb. Qopan dam örtüyünün şiferləri 3 ədəd nəqliyyat vasitəsinin üzərinə düşərək zədələyib, 1 səhiyyə, 1 mədəniyyət, 3 təhsil müəssisəsinin binasının dam örtüyünə, 1 yanacaqdoldurma məntəqəsinə ziyan dəyib.
Bundan başqa, telefon, işıq və internet xətləri qırılıb. Şəhərdə elektrik enerjisinin təchizatında fasilə yaranıb.
Bildirilib ki, şəhər Fövqəladə Hallar Komissiyası tərəfindən dərhal təxirəsalınmaz tədbirlər həyata keçirilməyə başlanıb, hazırda bərpa işləri davam etdirilir.
***
13.05
Dünən axşam saatlarından etibarən Mingəçevirdə əsən güclü külək fəsadlar törədib.
APA-nın yerli bürosu xəbər verir ki, güclü külək nəticəsində şəhərdə irigövdəli ağaclar aşıb. Külək yaşayış binasının damını uçurub, elektrik naqilləri və internet xətləri qırılıb.
Hazırda şəhərin müxtəlif ərazilərində qeydə alınan fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.
Oxşar xəbərlər
Mingəçevirdə ağac avtoyuma işçisinin üstünə aşıb
Mingəçevirdə dərədə köməksiz qalan şəxs xilas edilib - VİDEO
Mingəçevirdə ağac aşıb, avtoyuma işçisi xəsarət alıb
Güclü külək Mingəçevirdə problemlər yaradıb - FOTO
Zaqatalada güclü külək yaşayış binasının dam örtüyünü uçurub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
"Al Arabiya": ABŞ-İran danışıqlarının yeni mərhələsi iyunun əvvəlində baş tuta bilər
-
Kazemiro "Mançester Yunayted"dən ayrıldıqdan sonra "İnter Mayami"yə keçməyi planlaşdırır
