Niyazi Bayramov vətəndaşlarla görüşüb - FOTO
sizinxeber.az xəbər saytı

Niyazi Bayramov vətəndaşlarla görüşüb - FOTO


Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşüb.

Bu barədə Sizinxeber.az-ya İH-dən məlumat verilib.

Azərbaycan Dövlət Aqrar Kollecində keçirilən görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Qəbulda vətəndaşların müraciətləri tək-tək dinlənilib. Müraciətlər arasında işlə təminat, maddi yardım, fərdi yaşayış evinin təmirinə köməklik göstərilməsi və sairə məsələlər yer alıb.
Şəhər rəhbəri sakinlərin səsləndirdikləri məsələlərin qısa zamanda qanunamüvafiq formada həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib. Bir sıra məsələlər isə araşdırılaraq, həll edilməsi üçün qeydiyyata alınıb.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edilib ki, Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlər bundan sonra da davam etdiriləcək.

Oxşar xəbərlər

Niyazi Bayramov 30 nömrəli tam orta məktəbdə vətəndaşlarla görüşüb
Niyazi Bayramov sakinlərlə görüşüb
Gəncədə vətəndaşlarla növbəti səyyar görüş keçirilib - FOTO
Gəncədə sakinlərlə səyyar görüş keçirilib
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı növbəti dəfə sakinlərlə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər